“Taliban” yüzlərlə qatili azadlığa buraxdı

19:46 15.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bütün Əfqanıstanı ələ keçirən radikal “Taliban” terror hərəkatının yaraqlıları yüzlərlə təhlükəli məhbusu “Pul-e-Charkhi” həbsxanasından buraxıb.

Bu barədə hafta.az "CNN"-ə istinadla xəbər verir.

Qeyd edilir ki, “Pul-e-Charkhi” ölkədə ən böyük həbsxana sayılır.          

Azad edilmiş cinayətkarların arasında çox sayda talib və “Əl-Qaidə" terror təşkilatının üzvləri var. Terrorçular və qatillər kütləvi şəkildə Kabilə üz tutub.